
Çıxışlar və media
Media və müsahibələr
Nərmin Məcid xərçəngin profilaktikası, müalicəsi və Almaniyada həkimlik təcrübəsi barədə müsahibələr verir, həmkarları ilə maarifləndirici videolar hazırlayır. Aşağıda videolar, müsahibələr, podkastlar və yazılar tarixləri ilə verilib.
Videolar
Videolar YouTube-dan yüklənir. Razılıq vermədən videonu YouTube-da aça bilərsiniz.


Gənc Həkimlər Yolüstündə. Dr. Nərmin Talıbova ilə müsahibə

Napoleon və mədə xərçəngi

Xərçəng xəstələrində öncəlik düzgün diaqnostika və müalicədir

Xərçəng xəstəliyi I Dr. Nərmin Talıbova
Müsahibələr və podkastlar
- "Xərçəngdən qorxmaq yox, xərçəngi anlamaq lazımdır" — AzNews, 24.08.2026 (müsahibəni aparan: Rəfiqə Namazəliyeva). Mövzular: gecikmiş diaqnozun səbəbləri ("pasiyent intervalı" və "səhiyyə sistemi intervalı"); xərçəng hallarının artmasının səbəbləri; ailədə xərçəng olduqda genetik test nə vaxt lazımdır; tamamlayıcı və alternativ üsullar arasındakı fərq; fərdiləşdirilmiş müalicə; Almaniyada skrininq proqramları; "xərçəng fatalizmi" və pasiyentin ilk verməli olduğu sual. Müsahibəni oxuyun · əsas fikirlər: Xərçəngdən qorxmaq yox, xərçəngi anlamaq lazımdır
- ESO Voices podkastı (iyul 2025), 2 bölüm — ESO səfirləri Nərmin Məcid (Azərbaycan), Dr. Alisher Kahharov (Özbəkistan) və dosent Dr. Elvina Almuradova (Türkiyə); Bakıda, Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi çərçivəsində çəkilib. Görüşdən video (01.07.2025) · 2-ci bölümün anonsu
- 1-ci bölüm: niyə onkologiyanı seçdiniz; ölkənizdə onkologiya təhsili necə qurulub; aşağı və orta gəlirli ölkədə onkoloq kimi işləməyin üstünlükləri və çətinlikləri; yüksək gəlirli ölkələrdən fərqlər.
- 2-ci bölüm (09.07.2025): aşağı və orta gəlirli ölkələrdə beyin axınının qarşısını necə almaq; gənc onkoloqlar mentoru necə tapsın və ilk mentorluq təcrübələri necə olub; ESO səfiri kimi planlar; karyeranın əvvəlinə qayıtsaydınız, özünüzə hansı məsləhəti verərdiniz.
- Nərmin Məcidin məsləhəti: "Mükəmməl şəraiti gözləməyin — qrant üçün müraciət edin, mentora məktub yazın. Hər kiçik addım həyatı dəyişən imkanlara apara bilər. Hamımız qlobal onkologiya icmasının bir hissəsiyik və xüsusilə aşağı və orta gəlirli ölkələrdən olan onkoloqlar üçün çoxlu imkan var. Özünüzə inanın: hər tanışlıq, hər peşəkar əlaqə karyerada çox vacibdir." Gənc onkoloqlara: "Mentorların gəlməsini gözləməyin, ünsiyyəti özünüz qurun. Mentorlar ilham verir, yol göstərir, amma sizi idarə etmir."
- "Onkologiyanın gizli şifrələrini açırıq" — OncoDecode, dosent Dr. Elvina Almuradova ilə (iyul 2025). Fərqli ölkələrdə çalışan, kökləri Azərbaycanda olan iki onkoloqun yeni onlayn platformasının təqdimatı: konqreslərdə gördükləri tədqiqatları, yeni məqalələri və FDA-nın təsdiqlədiyi müalicələri həm pasiyentlər, həm də həmkarlar üçün sadə dildə izah etmək; həkimlər müzakirə olunmasını istədikləri mövzuları göndərə bilər, videoları istənilən vaxt izləmək mümkündür. Təqdimat videosu (28.07.2025)
- Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresindəki məruzənin videosu (avqust 2025) — "Genlərdən alqoritmlərə: fərdiləşmiş onkoloji müalicədə süni intellektin rolu". Çıxışdan fraqmentlər · konqres haqqında
- Dermatoonkoloq Dr. Günel Əsədova ilə melanoma və dəri xərçəngi seriyası (iyul–avqust 2025, Bakı): FotoFinder cihazı ilə dərinin xəritələnməsi və süni intellektin dermatologiyada rolu; Azərbaycanda dəri xərçəngi skrininqi (29.07); melanoma ilə adi xalın fərqi; xala toxunmaq və xalı kəsmək təhlükəlidirmi; melanomada adyuvant immunoterapiya; erkən mərhələli xəstələrin niyə tibbi onkoloqa yönləndirilməli olduğu (30.07); melanomada 5 illik sağqalım və erkən diaqnoz (01.08); gündəlik həyatda dərini qorumaq. Tam video 02.08.2025-də YouTube-da yayımlanıb. Qısa videolar: Bakı söhbəti · skrininq · erkən diaqnoz · 5 illik sağqalım · tam versiyanın anonsu. Əsas fikirlər: Melanoma və xallar: nəyə diqqət etməli? · Melanomada immunoterapiya: əməliyyatdan sonra da müalicə lazımdırmı? · Skrininq: əlamət yoxkən xərçəngi tapmaq
- Mammoloq-cərrah Dr. Elgül Əsgərova ilə süd vəzi xərçəngi seriyası (2026): süd vəzi sağlamlığı podkastı (22.07.2026: erkən aşkarlama, risk faktorları, müayinələrin əhəmiyyəti, gündəlik praktikada ən çox verilən suallar; podkastdan fraqment); cərrah və tibbi onkoloq müzakirəsi; süd vəzi xərçəngi müalicəsində yeniliklər; "Tanışım kimyaterapiya almadı, mənə niyə təyin olunur?"; kimyaterapiya qorxusunun müalicəyə təsiri; süd vəzi və genetik müayinə; erkən mərhələdə düzgün göstərişlə aparılan əməliyyatın əhəmiyyəti. Söhbətlərdən hazırlanan yazılar: Əməliyyatdan əvvəl kimyaterapiya: "Deməli, gecikmişəm?" · Süd vəzi xərçəngi: niyə bu gün "daha çox" həmişə "daha yaxşı" deyil? · Angelina Jolie effekti: genetik müayinə kimə, nə vaxt və necə?
Qısa maarifləndirici videolar
Nərmin Məcidin Facebook və Instagram səhifələrində yayımlanan qısa videolar:
| Tarix | Mövzu | Keçid |
|---|---|---|
| 13.05.2025 | "Hər şey öz əlinizdədir": rezidentura həkimlərinə motivasiya | |
| 16.05.2025 | "Yol gözləmə — yol yarat": ASCO mükafatı və ondan sonrakı yol | |
| 25.05.2025 | "Berlin pasiyenti": kök hüceyrə transplantasiyası və HİV | |
| 26.05.2025 | ESMO Preceptorship kursları ilə rezidentura illərində Avropa | |
| 27.05.2025 | Kimyaterapiya təsadüf nəticəsində necə kəşf olundu | |
| 29.05.2025 | "B17 vitamini" (amiqdalin) | |
| 09.06.2025 | Bob Marleyin xərçənglə mübarizəsi | |
| 03.07.2025 | "Mentorlar yolu idarə etmir, işıqlandırır" | |
| 04.07.2025 | Hər kəs kiməsə mentor ola bilər (Dr. Alisher Kahharov) | |
| 16.07.2025 | Kraliça Mary Tudor və yumurtalıq xərçəngi ehtimalı | |
| 17.07.2025 | Gənc həmkarlara: mükəmməl şəraiti gözləməyin | |
| 30.08.2025 | "The Doctor" (1991) filmi və empatiya | |
| 04.09.2025 | Dr. Georgina Long və melanomada immunoterapiya | |
| 06.09.2025 | David Fajgenbaum: həkim, pasiyent və tədqiqatçı | |
| 14.10.2025 | Dana-Farber və Sidney Farber | |
| 15.10.2025 | İctimai çıxış bacarığı haqqında | |
| 07.01.2026 | ESO College Convention və ESO səfirliyi | |
| 27.09.2026 | "Almaniyada karyerana necə başladın?" | |
| 30.09.2026 | Oktyabrdan: pasiyentlər üçün onlayn konsultasiya, həkimlər üçün Telegram |
Yazılar və hesabatlar
- "From Azerbaijan to America: IDEA Recipient Learns From Top Cancer Centers, Leaders in the Field" — ASCO Connection, 28.07.2016 (müəllif: Narmin Talibova). Yazının çap variantı The ASCO Post-da 10.02.2017-də dərc olunub.
- "IDEA: The First Life-Changing Moment of My Oncology Career in Azerbaijan" — ASCO Connection, 13.04.2022 (müəllif: Narmin Talibova).
- "ASCO Multidisciplinary Cancer Management Course in Azerbaijan" — The ASCO Post, 25.03.2019 (kursun yerli rəhbəri kimi adı çəkilir).
- ONS xəbəri — Azərbaycanda ilk beynəlxalq onkologiya tibb bacıları konfransı (2018); təşkilatçıların təşəkkür etdiyi şəxslər arasında.
- ESMO Integration Fellowship hesabatı — ESMO saytı (2021).
- "Dr. Richard Goldberg Hosts Doctor from Azerbaijan, Spreading The James' Innovation" — Ohayo Dövlət Universitetinin Kompleks Xərçəng Mərkəzinin bloqu, 13.07.2016 (IDEA çərçivəsindəki səfəri haqqında).
- "Yol yoxdursa, öz yolunu sal" — LinkedIn paylaşımı (2026, müəllif: Narmin Talibova); Azərbaycan dilinə tərcüməsi Hekayəm səhifəsindədir.

