Onkoloq-hematoloq, süd vəzi mütəxəssisi

Nərmin Məcid

Nərmin Məcid (elmi nəşrlərdə Nərmin Talıbova) onkoloq-hematoloq, süd vəzi mütəxəssisidir. 2022-ci ildən Almaniyada, Ulm Universitet Xəstəxanasının Daxili xəstəliklər III klinikasında çalışır; 2026-cı ildə daxili xəstəliklər, hematologiya və onkologiya üzrə mütəxəssis həkim adını alıb. Pasiyentlərə onlayn konsultasiya verir və vaxtaşırı Azərbaycana səfər edir.

  • Ulm, Almaniya
  • Onlayn konsultasiya
Nərmin Məcid ağ həkim xalatında, boynunda stetoskop
  • 2012-dənonkologiyada; Bakıda rezidentura, sonra onkoloq
  • 2026Almaniyada daxili xəstəliklər, hematologiya və onkologiya üzrə mütəxəssis həkim
  • Süd vəzi xərçəngiESO və Ulm Universitetinin sertifikat proqramı
  • 2016 · 2021ASCO-nun IDEA mükafatı · ESMO Integration Fellowship
  • 6 məqalə + 2 tezisbeynəlxalq elmi jurnallarda

Onlayn konsultasiya

Pasiyentlər üçün

Nərmin Məcid pasiyentlərə onlayn konsultasiya verir: diaqnoz və müalicə planı barədə suallar, müayinə nəticələrinin birlikdə nəzərdən keçirilməsi, müalicə edən həkimlə danışmağa hazırlıq. Vaxtaşırı Azərbaycana da səfər edir. Konsultasiyanın necə keçdiyi və hansı sənədlərin lazım olduğu → Pasiyentlər üçün: onlayn konsultasiya

Konsultasiyada müzakirə olunur

  • Diaqnoz, xəstəliyin mərhələsi və təklif olunan müalicə planı barədə suallarınızı;
  • müayinə nəticələrinizi və müalicə tarixçənizi;
  • müalicə edən həkiminizlə görüşdə hansı sualları vermək lazım olduğunu.

Nərmin Məcid onkoloq-hematoloqdur, cərrah deyil: əməliyyatla bağlı qərarlar cərrahla birlikdə verilir.

Nərmin Məcid vaxtaşırı Azərbaycana səfər edir.

Çıxışlar və media

Media

"Almaniyada Onkologiya" vebinarı (ICAMS, 2026), müsahibələr və maarifləndirici videolar. → Media və müsahibələr

ICAMS | Almaniyada Onkologiya — Dr. Nərmin Talıbova

ICAMS DophaTonine1 saat 36 dəq

YouTube-da açın

Saytda axtarış