Həmkarlar üçün
Həkimlər və tələbələr üçün
Nərmin Məcid Azərbaycanda onkoloq kimi işlədiyi illərdə yeni dərmanların gəlişi ilə həkimlərin gündəlik praktikada nə qədər sualla qarşılaşdığını görüb. Bu bölmədə həmkarlar və tələbələr üçün paylaşdığı materiallar və layihələr toplanıb.
Telegram kanalı — klinik hallar və materiallar
2026-cı ilin oktyabrından tələbə və gənc həkimlər üçün Telegram kanalında hər həftə yeni formatda klinik hallar və tibbi materiallar paylaşır. Kanalda əvvəllər də limfoma, süd vəzi xərçəngi, irsi xərçəng sindromları, nadir şişlər və dərman təhlükəsizliyi mövzularında hal təhlilləri yayımlanıb.
Klinik Praktik Bələdçi: bispesifik anticisimlər
İlk mövzu — "Bispesifik anticisimlər — çoxsaylı mielom və limfoma müalicəsində yeni era". Bələdçidə nəzəriyyədən çox gündəlik praktikada lazım olan məlumatlar toplanıb; həkimlər onu onlayn əldə edə bilər.
Pasiyentlər üçün sadə izah: Bispesifik anticisimlər: immun hüceyrəni şişə yönəldən dərmanlar
Kiçik qrup vebinarları
Mürəkkəb klinik halların həmkarlarla kiçik qrupda interaktiv müzakirəsi (Zoom); hər kəsin fikrini rahat bildirməsi üçün yerlərin sayı məhdud saxlanılır.
Gənc Onkoloqlar Qrupu
Gənc onkoloqlar üçün yeni imkanlar yaratmaq məqsədilə "Gənc Onkoloqlar Qrupu"nu təsis edib. Qrupda qrantlar, xaricdə ixtisasartırma proqramları və imtahanlar barədə məlumat paylaşılır.
Beynəlxalq imkanlar haqqında
Nərmin Məcidin öz yolunda istifadə etdiyi proqramlar: ESMO Preceptorship kursları (müxtəlif xərçəng növləri üzrə 2–3 günlük intensiv kurslar; seçilən iştirakçıların xərcləri qarşılanır), ESMO təqaüdləri, ASCO-nun IDEA mükafatı, ESO-nun masterklassları, təhsil proqramları və təqaüdləri, Salzburq–Memorial Sloan Kettering seminarları (Amerika-Avstriya Fondunun səfər təqaüdləri ilə). Müraciət şərtləri və tarixləri hər il dəyişdiyi üçün təşkilatların rəsmi saytlarında yoxlanılmalıdır.
Gənc həmkarlara məsləhətləri
- Öyrənmək üçün təşəbbüs göstərmək: rezidenturada "kiminsə öyrətməsini" gözləmək əvəzinə özü öyrənmək.
- Mükəmməl dil biliyini və ideal şəraiti gözləmədən ilk addımı atmaq.
- Mentor yol göstərir, qərar və məsuliyyət isə insanın özünə aiddir.
- Səmimiyyət və dürüstlük karyerada bilik qədər vacibdir.

